IQNA

Bosniyada Peyğəmbərin (s) mövludu mərasimi keçirilib | Foto

21:24 - November 01, 2020
Xəbər sayı: 3488524
Tehran (IQNA) – Bosniyanın Fars Dili Kollecində ustad və tələbələrin iştirakı ilə sevimli İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) mübarək mövludu bayramı keçirilib.

Bosniyanın Fars Dili Kollecində ustad və tələbələrin iştirakı ilə sevimli İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) mübarək mövludu bayramı keçirilib.

Vəhdət həftəsində Bosniya və Herseqovinanın Darul-Quran təşkilatının təşəbbüsü ilə Sarayevo şəhərində keçirilən bu mərasimdə rəsm əsərlərinin sərgisi təşkil edilib.

İslam peyğəmbərinin (s) həyat və sirəsindən bəs edən bu rəsm sərgisi ötən gün (31 Oktaybr 2020) Bosniya Fars Dili Kollecinin məscidində keçirilib.

Bundan əlavə mövlud bayramı münasibəti ilə idman növləri, ədəbiyyat, Quran hifzi və Quran qiraəti üzrə yarışlar da təşkil edilib.

Qeyd edək ki, Bosniya müsəlmanları neçə yüz illərdir ki, İslam peyğəmbərinin (s) mübarək mövludu günlərində bayram festivalı təşkil edir, mövludnamələr oxunur, müxtəlif şadyanalıq mərasimləri keçirir və bu vasitə ilə Peyğəmbər (s) və Əhli-Beytə (ə) olan sevgilərini nümayiş etdirirlər. /3932396

 
captcha